Kateqoriyalar

Beynəlxalq Təlim və Layihə Mərkəzi
ECDL
  • Kurs müddəti

    3 ay

  • Toplam dərs saatı

    60 saat

  • Qrup hazırlığı

    Aylıq 600 AZN

Təhsil müəssisəsinin adı

Beynəlxalq Təlim və Layihə Mərkəzi
Zəng et Whatsapp-dan yaz

Beynəlxalq Təlim və Layihə Mərkəzi kompyuter biliklərini ölçən beynəlxalq sertifikat proqramı ECDL-in (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənmişdir. Bu status Beynəlxalq Təlim və Layihə Mərkəzinə Litva Respublikasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən verilmişdir.



Kompyuter istifadəçiləri üçün sertifikatlar

ECDL (European Computer Driving Licence-Avropa Kompyuter Səviyyəsi Ölçmə Sertifikatı) ilə sertifikatlaşdırılmış bilikləriniz sizin karyera hədəflərinizə asanlıqla çatmağınıza zəmin yaradacaq.

2020-ci ilə qədər 90% iş yerlərinə əsas səviyyə kompyuter bilikləri tələbi olunacaq. Siz ECDL sertifikatları ilə kompyuter həllərindən asanlıqla və səmərəli istifadə etmək bacarığınızı beynəlxalq səviyyəli sertifikatla təsdiq edəcəksiniz.

ECDL sertifikatları:

149 ölkədə tanınır və qəbul edilir
24000-dən çox təlim və imtahan mərkəzi vardır
43 dildə tədris və imtahan keçirilir
13 milyondan çox iştirakçısı var
Biliklərin səviyyəsinin müəyyən edilməsi imtahanları

Müasir dövrdə artıq Avropa şirkətləri işə götürmə zamanı kompyuter biliklərinin ölçülməsi üçün ECDL sertifikatı tələb edirlər. İmtahanlar Təməl, Orta və Ali olaraq, 3 səviyyəyə bölünür. Şəxs istənilən bir modul üzrə imtahanda iştirak edə bilər. Aşağıda səviyyələr üzrə modular göstərilmişdir:

Təməl səviyyə:

Computer Essentials – 9 saat
Online Essentials – 6 saat
Microsoft Word – 15 saat
Microsoft Power Point – 12 saat
Microsoft Excel – 18 saat


Təməl səviyyə ümumi olaraq, 60 saat təşkil edir.



Orta səviyyə:

Verilənlər bazası
Təqdimat
Onlayn əməkdaşlıq
İT təhlükəsizliyi
Rəsm üzərində redaktə
Ali səviyyə:

Mətn prosessoru
Elektron cədvəllər
Verilənlər bazası
Təqdimat


Kursun qiyməti: 1 saatlıq təlim üçün ödəniş 10 AZN təşkil edir.

İmtahan qiyməti: 1 modul üzrə 30 AZN təşkil edir.

Qeyd: Öz bilik və bacarığına inanan şəxs kurslarda iştirak etmədən birbaşa imtahanlarda iştirak edə bilər.

  • Avtobuslar
  • Metro stansiyası
  • Əlaqə telefonu
    +994708417873