Kateqoriyalar

INNAB Tədris Mərkəzi
SQL
  • Kurs müddəti

    2 ay

  • Toplam dərs saatı

    32 saat

  • Qrup hazırlığı

    Aylıq 160 AZN

Təhsil müəssisəsinin adı

INNAB Tədris Mərkəzi
Zəng et Whatsapp-dan yaz

Bu gün data şirkətin ən vacib aktivi hesab edilir və şirkətlərin ən önəm verdiyi məqamlardan biridir. Əlində məlumatlar olan şirkətlər daha güclü hesab edilir. Şirkətlərdə tətbiq edilən istənilən proqramın, mobil tətbiqin və s. arxa fonunda bir data hovuzu vardır. Günü-gündən çoxalan verilənləri idarə etmək elə də asan məsələ deyil. Datanın əlinizdə olması önəmli olduğu qədər, onu oxunaqlı hala gətirib qərar qəbul etmək işin ən önəmli tərəfidir. Şirkətlər böyük verilənlər bazalarını idarə etmək üçün mütəxəssisləri işə cəlb edir. Verilənləri yaddaşda saxlamaq, onları idarə etmək, emal etmək və müxtəlif qərarlar qəbul etmək üçün strukturlaşdırılmış bir dilə ehtiyac duyulub və bu məqsədlə SQL (Structured Query Language) yaradılmışdır. “INNAB” təhsil mərkəzi olaraq günün tələbi sayılan Data Analitika ilə bağlı təlimlərə başlamaq qərarına gəlmişik. Data Analitika üçün fundamental əsas hesab edilən SQL kursu ilə artıq qarşınızdayıq!
SQL ən universal və ümumi istifadə edilən strukturlaşdırılmış bir dildir. Bütün verilənlərin idarə edilməsi sistemləri datanı saxlamaq, əldə etmək və idarə etmək üçün SQL dilindən istifadə edilir. İngilis dilində tərcüməsi “Strukturlaşdırılmış Sorğu Dili”-dir. Nəzərə almaq lazımdır ki, SQL proqramlaşdırma dili deyil, o bir sorğu dilidir. Bu işlə məşğul olan şirkətlər özlərinə uyğun SQL Dialektləri (MySQL, PostreSQL, T-SQL və s.) vardır. Lakin, ümumi sintaksis bir-birinə yaxındır. Əgər hansısa bir SQL dilini öyrənsəniz biliklərinizi digər bir dil üçün tranformasiya edə biləcəksiniz.

  • Avtobuslar
    39,18,96,3,6
  • Metro stansiyası
  • Əlaqə telefonu
    +99450 299 61 21 +99450 290 61 21