Kateqoriyalar

Black & White English School
İngilis dili kursu
  • Kurs müddəti

    1 ay

  • Toplam dərs saatı

    18 saat

  • Fərdi hazırlıq

    Aylıq 150 AZN

  • Kurs müddəti

    1 ay

  • Toplam dərs saatı

    18 saat

  • Qrup hazırlığı

    Aylıq 75 AZN

Təhsil müəssisəsinin adı

Black & White English School
Zəng et Whatsapp-dan yaz
Müəllimin adı : Anar Hümmətov

Qloballaşan dünyada ingilis dilinə olan ehtiyac günü-gündən daha çox hiss olunur. Hər kəs başa düşür ki, ingilis dilini bilmədən Azərbaycandan kənara çıxmaq çətindir. Bir çox ölkələrin dövlət dili ingilis dilidir. Misal üçün, Yeni Zelandiya, Avstraliya və s. ölkələri göstərmək olar. Hara getsəniz, ingilis dili sizə lazım olacaq. Dünya görüşünüzün dolğun olması üçün ingilis dilini öyrənməyiniz vacibdir. Ən dəyərli məlumatları ingilis dilini bilmədən əldə etmək mümkün deyil.

İngilis dilini öyrənmək üçün kursa getmək və praktik dərslərlə məşğul olmaq lazımdır. Azərbaycanda bir müddətdir ki, fəaliyyət göstərən BW English School keyfiyyətli ingilis dili kursları təşkil edir. Müəllimlərin dərsi asan yolla tədris etməsi, sizin ingilis dilini öyrənməyinizi xeyli asanlaşdıracaq. Bu kurslarda siz ingilis dilini, başlanğıc səviyyədən başlayaraq professional səviyyəyə qədər öyrənə bilərsiniz. Müəllimlərin hamısı peşəkar linqvistlərdir.

İngilis dilini uğurla tədris etmək üçün 3 əsas amil mövcuddur:

1. Məntiqi ardıcıllıqla tərtib olunmuş tədris metodikası.
2. Tədris metodikasını bilən peşəkar linqvist.
3. Motivasiya.

Müəssisəmizdə, effektiv və sadə tədris metodikalarından istifadə olunur. İngilis dilinin müxtəlif səviyyələrdə tədrisi (beginner, intermediate, advanced, TOEFL) müəssisəmiz tərəfindən uğurla həyata keçirilir. Dərslər həftədə 3 dəfə olmaqla 1,5 saat (90 dəqiqə) keçirilir.

Bizə müraciət etsəniz, vaxtınızı və pulunuzu itirmədən ingilis dilini ən yüksək səviyyədə öyrənəcəyinizə tam əmin ola bilərsiniz. Bəzi kurslardan fərqli olaraq bizim tədris mərkəzimizdə, ingilis dilinin tədrisi üçün tələb olunan bütün ləvazimatlar pulsuz verilir. Dərslər qrup şəklində və fərdi şəkildə aparılır. Qrup dedikdə adətən 5 nəfərdən ibarət xırda qruplar nəzərdə tutulur. Əlavə məlumat üçün qeyd olunan telefon nömrəsinə zəng edə bilərsiniz.

Потребность в изучении английского языка растет с каждым днем. Все понимают, что без знания английского сложно выехать за границу. Официальный язык многих стран - английский. Например, мы можем упомянуть Англию, Новую Зеландию, Австралию, Южно-Африканскую Республику и многие другие страны. Куда бы вы ни отправились, вам понадобится английский. Для поиска информации в интернете вам также необходимо знать английский язык.

Чтобы выучить английский язык, вам нужно посещать курсы английского языка или брать уроки у частного репетитора. "Black & White English School" предлагает вам курсы английского языка высокого качества. Учителя преподают уроки простым и последовательным образом, что значительно облегчит ваш учебный процесс. С нами вы можете изучать английский язык от начального уровня до профессионального уровня.

Уроки преподаются 3 раза в неделю, как индивидуально, так и в небольших группах (в каждой группе по 5 человек). Каждый урок длится 90 минут. Наши преподаватели - профессиональные лингвисты. Вы можете быть уверены, что выучите английский на самом высоком уровне. Для получения дополнительной информации, пожалуйста, свяжитесь с нами по указанному номеру.

İngilis dilini bilmək niyə vacibdir?
Qloballaşan dünyada ingilis dilinə olan ehtiyac günü-gündən daha çox hiss olunur. Hər kəs başa düşür ki, ingilis dilini bilmədən Azərbaycandan kənara çıxmaq çətindir. Bir çox ölkələrin dövlət dili ingilis dilidir. Misal üçün, Yeni Zelandiya, Avstraliya və s. ölkələri göstərmək olar. Hara getsəniz, ingilis dili sizə lazım olacaq. İnternetdə nəyisə axtaranda yenə də ingilis dilinə ehtiyacımız olur. Dünya görüşünüzün daha dolğun olması üçün ingilis dilini öyrənməyiniz vacibdir. Ən dəyərli məlumatları ingilis dilini bilmədən əldə etmək mümkün deyil.
İngilis dilini necə öyrənmək olar?
İngilis dilini öyrənmək üçün kursa getmək və praktik dərslərlə məşğul olmaq lazımdır. Azərbaycanda bir müddətdir ki, fəaliyyət göstərən BW English School bütün gücünü bu işə sərf edərək keyfiyyətli ingilis dili kursları təşkil edir. Dərs otaqlarının rahatlığı, müəllimlərin dərsi asan yolla tədris etməsi, sizin ingilis dilini öyrənməyinizi xeyli asanlaşdıracaq. Bu kurslarda siz ingilis dilini, başlanğıc səviyyədən başlayaraq professional səviyyəyə qədər öyrənə bilərsiniz. Müəllimlərin hamısı peşəkar linqvistlərdir.
İngilis dilini hansı müddətdə öyrənmək olar?
Bu suala birmənalı şəkildə cavab vermək çətindir. Çünki, hər bir insanın özünə məxsus qavrama qabiliyyəti var. Verilən materialların mənimsənilməsi qismən tələbənin şəxsi keyfiyyətlərindən və bacarığından asılıdır. Təbii ki, bu prosesdə müəllimin də rolu böyükdür. Ortalama götürsək, hər hansı bir insanın 0-dan başlayaraq TOEFL səviyyəsinə çatması təxminən il yarım çəkir.
Qrammatikanı bilmədən ingilis dilində danışmaq mümkündürmü?
Əlbətdə yox. Sual nə qədər qəribə səslənsə də, bəziləri bunu mümkün hesab edir. Müəyyən sözləri əzbərləyərək, cümlə şəklinə gətirmək olar. Ancaq, məsələ burasındadır ki, danışıq yalnız dilin bir hissəsidir. Gərək sizə deyilənləri də başa düşəsiniz. Odur ki, ingilis dilinin qrammatikasını bilmədən bu dildə düzgün danışmaq mümkün deyil. İngilis dilinin tədrisi üçün bəzən alternativ üsullar istifadə edənlər də olur. Ancaq, nəticə etibarı ilə onlar da qrammatikanı alternativ üsulla tələbələrə izah etməli olurlar.
  • Avtobuslar
  • Metro stansiyası
    Xətai
  • Əlaqə telefonu
    +994 55 284 84 73