Kateqoriyalar

Brainstorm Education Center
Elektrik mühəndisliyi
  • Kurs müddəti

    3 ay

  • Toplam dərs saatı

    24 saat

  • Qrup hazırlığı

    Aylıq 90 AZN 100

Təhsil müəssisəsinin adı

Brainstorm Education Center
Zəng et Whatsapp-dan yaz

BP, SOCAR, SOCAR-AQS, Azərişıq və digər yerli və xarici şirkətlərdə Elektrik Mühəndisi, Elektrik Texniki kimi çalışmaq istəyənlər və müxtəlif şirkətlərin Təqaüd, Yay təcrübə proqramlarının qalibi olmaq istəyənlər DİQQƏTLİ OLUN Brainstorm Education Center olaraq sizləri Elektrik Mühəndisliyi təliminə dəvət edirik
Təlimin son 6 dərsi AutoCad (Elektrik layihələri) dərsləri olacaqQeyd edək ki, 13 Oktyabr tarixində İlkin Ödənişsiz seminar (sınaq dərsi) təşkil ediləcək.
Qeydiyyatdan keçmək üçün son tarix 11 Oktyabrdır.
Qeydiyyatdan keçmək üçün səhifənin mesaj bölməsinə yaza və ya aşağıdakı nömrə ilə əaqə saxlaya bilərsiniz:
(051) 583 49 19

‍Təlimçi Samir Qurbanovdur. Qeyd edək ki, Samir Qurbanov Bakalavr dərəcəsini Azərbaycan Dövlət Neft Akademiyasında "Elektrik mühəndisiliyi (Yüksək gərginlik texnikası)" ixtisası üzrə, Magistr dərəcəsini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Elektroenergetika mühəndisliyi (elektrik şəbəkə və sistemləri)" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə təhsil aldığı müddətdə "Kompleks Qazma İşləri Trestində" və "Neft-qaz Elmi Təqdiqat və Layihə İnstitutunda" hər birində 2 ay olmaqla SOCAR Ödənişli Yay Təcrübəsində iştirak etmişdir.Eyni zamanda 2 dəfə SOCAR Daxili Təqaüd proqramının qalibi olmuşdur. Qeyd edək ki, hal-hazırda Samir Qurbanov 2017-ci ildən Neft-Qaz Elmi Təqdiqat və Layihə İnstitutunda Elektrik mühəndisi vəzifəsində işləyir.

Təlimin müddəti 3 aydır. Dərslər həftədə 2 dəfə olmaqla hər bir dərs 1.5-2 saat müddətində keçriləcək.Proqram aşağıdakı bölmələri əhatə edəcək:

Elektrik və maqnit dövrələrini xarakterizə edən əsas parametrlər. Elektrik qurğularının iş prinsiplərinin izahı və elektrik dövrələrinin əsas qanunları.
Sabit cərəyan maşınları haqqında ümumi məlumatlar.
Dəyişən cərəyan maşınları haqqında ümumi məlumatlar. (asinxron, sinxron)
Transformatorlar haqqında ümumi məlumat.
Elektrik veriliş hava xətləri (EVHX).
Elektrik veriliş kabel xətləri (EVKX).
Kommutasiya aparatları.
Rele mühafizə.
Elektrik qurğularının torpaqlanması.
Texniki itkilər və reaktiv gücün kompensasiyası.
Əməyin mühafizəsi və Texniki təhlükəsizlik (ƏM və TT)
Alternativ enerji mənbələri.
Rəqəmsal texnologiyalar, Scada, Smart Qrid, Rəqəmsal yarımstansiyalar.
AutoCad proqram təminatı ilə tanışlıq. Elektrik sxemlərinin oxunması. Elektrik qurğularının norma və standartlara uyğun işarə və ölçüləri.
İşıqlanma haqqında ümumi məlumat. İşıqlanmanın növləri. Çıraqların növləri. Yaşayış binalarında, sexlərdə, istehsalat müəssisələrində işıqlanmanın hesabat qaydaları.
Güc kabellərinin əsas parametirləri, seçilmə üsulları, kabellərin çəkilmə qaydaları.
Layihənin strukturu.
Avadanlıq və materialların təsnifatı.
‍‍ Təlimi başa vurduqdan sonra BP, SOCAR, SOCAR-AQS, Azərişıq kimi xarici və yerli şirkətlərin işəqəbul və yay təcrübəsi imtahanlarına tam hazır olacaqsınız.
Qeydiyyatdan keçmək üçün son tarix 11 Oktyabrdır.
Əlavə məlumat üçün səhifənin mesaj bölməsinə yaza və ya aşağıdakı əlaqə nömrəsinə zəng edə bilərsiniz:
(051) 583 49 19

  • Avtobuslar
  • Metro stansiyası
    Gənclik
  • Əlaqə telefonu
    +994 51 583 49 19