Kateqoriyalar

“PİRAMİDA” Təhsil Mərkəzi
CorelDRAW kursu
  • Kurs müddəti

    1 ay

  • Toplam dərs saatı

    12 saat

  • Fərdi hazırlıq

    Aylıq 80 AZN

  • Kurs müddəti

    1 ay

  • Toplam dərs saatı

    12 saat

  • Qrup hazırlığı

    Aylıq 60 AZN

Təhsil müəssisəsinin adı

“PİRAMİDA” Təhsil Mərkəzi
Zəng et Whatsapp-dan yaz

Vaxtını dəyərləndir CorelDRAW proqramını öyrən!!!

CorelDRAW — Bir çox dizayner və rəssam tərəfindən vektor qrafikasının emal edilməsi üçün istifadə edilən proqramlardan biridir. Bu tətbiq reklam agentliklərində və poliqrafiya sahəsində çalışan təşkilatlarda işlədilən proqramların siyahısında ön sıralardadır.
Anlaşılan interfeys və çox saylı funksiyalar bu proqramı yalnız yeni istifadəçilər üçün deyil, həmdə peşəkar dizaynerlər üçün əlverişli edir. Bu proqram vasitəsi ilə reklam materiallarının yaradılması, elektron layihələrin çapa hazırlanması, veb səhifələrinin dizaynının qurulması və digər bu kimi əməliyyatların yerinə yetirilməsinə çox az vaxt sərf edərək daha keyfiyyətli nəticə əldə edəcəksiniz.
Piramida Təhsil Mərkəzindəki CorelDRAW təliminin iştirakçıları ilk olaraq CorelDRAW proqramında vektor qrafikası ilə işləməyi öyrənəcəklər. Tədris proqramı özündə nəzəriyyə və praktik məşğələlərin vəhdətini əks etdirir. Praktik tapşırıqları işlədikcə qarşınıza çıxacaq çalışmalarda proqramın geniş və rəngarəng funksiyalarından sərbəst şəkildə istifadə edə biləcəksiniz.
Dərslər qrafik dizayn sahəsində işləyən, illərin təcrübəsinə malik olan peşəkar müəllimlərimiz tərəfindən keçirilir. Eyni zamanda tədris prosesində xüsusi hazırlanmış metodik vəsaitdən istifadə edilir.

CorelDRAW təlimini uğurla tamamlayan məzunlarımız artıq sərbəst formada iş kartları (vizitka) loqotipləri, braşurları, reklam lövhələrini, promo reklam məhsullarını , kitab üzlüklərini, açıqcaları blankları və digər bu kimi qrafik obyektlər hazırlayacaqlar. Piramida Təhsil Mərkəzindəki CorelDRAW təlimini başa vuran tələbələrimizə , təlimdə iştiraklarını və bilik səviyyəsini özündə əks etdirən sənəd- SERTİFİKAT təqdim edilir.
CorelDRAW təliminin bilikləri Sizə veb dizayner, rəssam-dizayner və bu kimi ixtisaslar üzrə işləmək imkanı yaradacaqdır.

Həftənin günləri
Saatlar
Bazar ertəsi
10:00 - 18:00
Çərşənbə axşamı
10:00 - 18:00
Çərşənbə
10:00 - 18:00
Cümə axşamı
10:00 - 18:00
Cümə
10:00 - 18:00
Şənbə
10:00 - 18:00
  • Avtobuslar
  • Metro stansiyası
    28May
  • Əlaqə telefonu
    +994 12 555 19 20