Kateqoriyalar

Tech Academy
Full Stack Python Kodlaşdırma kursu
  • Kurs müddəti

    3 ay

  • Toplam dərs saatı

    240 saat

  • Qrup hazırlığı

    Toplam 2500 AZN

Təhsil müəssisəsinin adı

Tech Academy
Zəng et Whatsapp-dan yaz
Müəllimin adı : Elşad Ağayev, Şəhriyar Rzayev

Tech Academy proqramlaşdırma təhsili üzrə ixtisaslaşmışdır və bootcamp (intensiv kurslar) formatında tədris təklif etməkdədir. Full Stack Python kodlaşdırma kursunda tələbələrə python proqramlaşdırma dili və veb proqramlaşdırma dilləri öyrədilir.

Bootcamp formatında tədrisi digər təhsil metodlarından fərqləndirən əsas xüsusiyyətlər:

- dərslərin intensiv keçirilməsi (həftə içi hər gün, 3 və 6 aylıq düşərgələr),
- akademik saatlardan əlavə mentor saatlarının təklif olunması,
- 24 saat fəaliyyət göstərən laboratoriya və
- tələbələrin real layihələrdə iştirak etməsidir.

Full Stack Python kodlaşdırma kursunda növbəti proqramlaşdırma dilləri tədris olunur: Python, ReactJS, Django, Celery, RabbitMQ, Docker, MongoDB, JavaScript, HTML, CSS, MySQL, JQuery, Bootsrap, DOM.

Həftənin günləri
Saatlar
Bazar ertəsi
10:00 - 14:00
Çərşənbə axşamı
10:00 - 14:00
Çərşənbə
10:00 - 14:00
Cümə axşamı
10:00 - 14:00
Cümə
10:00 - 14:00
Bootcamp nədir?
Bootcamp formatında tədrisi digər təhsil metodlarından fərqləndirən əsas xüsusiyyətlər:

- dərslərin intensiv keçirilməsi (həftə içi hər gün, 3 və 6 aylıq düşərgələr),
- akademik saatlardan əlavə mentor saatlarının təklif olunması,
- 24 saat fəaliyyət göstərən laboratoriya və
- tələbələrin real layihələrdə iştirak etməsidir.
Nə üçün Tech Academy?
Məqsədimiz Proqramçı yetişdirməkdir!

Bu sadəcə qulağa xoş gələn bir cümlə deyil. Bu Tech Academy olaraq bizi

fərqləndirən xüsusiyyətimizdir, dəyərimizdir!

Belə ki, düşərgələrimizdə iştirak edən hər bir tələbə bizim üçün gələcəyin proqramçısıdır. Məhz bu səbəbdən tələbələr istədiyimiz səviyyədə məzun ola bilmədikləri halda növbəti düşərgəyə onları tamamilə {ödənişsiz} qəbul edirik.
Kursda başqa hansı dillər öyrədilir?
Full Stack Python kodlaşdırma kursunda növbəti proqramlaşdırma dilləri tədris olunur: Python, ReactJS, Django, Celery, RabbitMQ, Docker, MongoDB, JavaScript, HTML, CSS, MySQL, JQuery, Bootsrap, DOM.
Nə üçün Python?
Python yaxın gələcəyin dilidir və biz sizə bu gələcəyi vəd edirik. Python – rahatlığı, asanlığı və effektivliyinə görə dünyanın ən qabaqcıl proqramlaşdırma dillərindən biridir. Google, Intel, NASA, Cisco, Hewlett-Packard kimi nəhəng şirkətlər, həmçinin Instagram, YouTube, VK, Dropbox, Reddit və bir çox digər şəbəkə, sayt, platform və servislərin əsasında Python proqramlaşdırma dili dayanır.


Digər dillərdən öyrənmə, istifadədə asanlığı və rahatlığı ilə seçilən Python, proqramlaşdırılma ilə yeni tanış olanlar üçün əla seçimdir. İstifadədəsində fərq ondan ibarətdir ki, Python qat-qat daha asan sintaksis birləşmələrindən ibarətdir və bu da kod yazılması prosesini çox yüngülləşdirir. Çoxlu modullar interaktiv və ya skript rejimində işləməyə, yazılan kod həcmini azaltmağa, işin hazırlanma vaxtını sürətləndirməyə imkan yaradır.


Günü-gündən daha da inkişaf edən və tələbatı artan bu universal proqramlaşdırma dili üzrə mütəxəssislər hər bir ölkədə yüksək əmək haqqı ilə vakansiya bazarında axtarılır. Məhz buna görə dünyanın ən qabaqcıl universitetlərində Python tədris dili olaraq tətbiq olunur. Python “web development, “machine learning”, “data engineering”, “scientific computation” və “cloud infrastructure” üçün ideal dil hesab olunmaqla yanaşı bütün yeni, populyar sahələrdə istifadə olunmaqdadır.
Məbləği hissə-hissə ödəmək mümkündürmü?
Bəli. Cəmi məbləği müəyyən qədər ilkin ödəniş (30%) etdikdən sonra ayalara bölüb hissə-hissə ödəmək mümkündür.
Python kimlər üçündür?
HƏVƏSKARLAR
Proqramlaşdırılma ilə məşğul olmağı düşünən, lakin bu sahədə təcrübəsi olmayanlar.

PEŞƏKARLAR
İşində daha qabaqcıl və rahat həllər tapmaq istəyən peşəkar proqramçılar.

MARKETERLƏR
Məlumat, data və analitik cədvəllərlə işləyən rəqəmsal marketinq mütəxəssisləri.

MENECERLƏR
Ofisdaxili işləri avtomatizasiya etmək istəyən çoxfunksional menecerlər.
  • Avtobuslar
  • Metro stansiyası
    28May
  • Əlaqə telefonu
    +994 50 991 20 02