Kateqoriyalar

Gantt Training & Consulting
Praktiki Primavera P6
  • Kurs müddəti

    7 həftə

  • Toplam dərs saatı

    28 saat

  • Qrup hazırlığı

    Toplam 1071 AZN 1260

Təhsil müəssisəsinin adı

Gantt Training & Consulting
Zəng et Whatsapp-dan yaz
Müəllimin adı : Mikayil Rəhimov

Primavera P6 dünyada ən çox istifadə olunan layihə planlaşdırma, nəzarət və idarə etmə proqramıdır.
Bu proqram hər növ və böyüklükdəki layihələr üçün ən yaxşı idarəetmə vasitəsidir. Primavera P6 proqramı hər hansı bir layihəni başdan sona qədər bütün tərəfləri ilə planlaşdırmanızı və nəzarət etmənizi asanlaşdıracaq proqramdır.Layihənin vaxtının, büdcəsinin, resursların, risklərin təyin edilməsi və analizi baxımından sizə çox kömək olacaq və müvafiq hesabatların hazırlanmasında sizin üçün ən yaxşı vasitədir. Layihə yönümlü fəaliyyət göstərən şirkətlərə fərqli sfera və platformalarda, sektorlarda müxtəlif həllər təqdim edir. Primavera ilə hər hansı bir layihəni planlayaraq o layihədə iştirak edən hər kəsin iş müddətindəki vəziyyətini izləmək mümkündür. Primavera P6 layihənin həyat dövrü(icrası) ərzində nə zaman hansı işçilərin işləyəcəyini, nə qədər resurslara(insan, texnika, material) ehtiyacın olacağını, hansı ay nə qədər büdcəyə(cash flow) ehtiyacın olacağını, baş vermə ehtimalı olan risklərin/problemlərin layihəyə vaxt vəya büdcə olaraq nə qədər təsir edəcəyini, hər an qazanc və zərərin balansını tam olaraq nəzarətdə saxlama imkan verir.

Kurs haqqında ətraflı məlumat almaq və qeydiyyat üçün linkə daxil olun: http://gantt.az/training/5-oralce-primavera-p6--fundamental+advanced

Həftənin günləri
Saatlar
Şənbə
16:00 - 20:00
1. Kursun sonunda sertifikat verilirmi?

2. Kursda iştirak edənlər işlə təmin olunur mu?

3. Qrupda neçə nəfər olur?

4. Kurs hansı dildə tədris olunur?

5. Primavera proqramını şəxsi kompüterimizə yükləyəcəksinizmi?

6. Dərslər necə tədris olunur?

7. Fərdi olaraq kurs tədris olunurmu?
1. Bəli, beynəlxalq sertifikat verilir.

2. Kurslarımızda iştirak edənlərin CV-lərini əməkdaşlıq etdiyimiz şirkətlər bizdən işçi istədikləri halda onlara təqdim edirik.

3. Minimum 5 nəfər, maksimum 10 nəfər

4. Azərbaycan dilində. Tələb olunarsa ingiliscə də tədris olunur.

5. Bəli, kurs praktiki olduğu üçün iştirakçıların hər birinin şəxsi kompüterinə Primavera P6 proqramı yüklənəcək, və kursdan sonra da sizin kompüterinizdə qalacaq. Kursdan sonra yalnız şəxsi məqsədlər üçün istifadə edə biləcəksiniz. Hər hansı bir şirkətin işi üçün istifadə etmək qadağandır.

6. Dərslər tam praktiki olaraq proqram üzərində tədris olunur. Yəni iştirakçıların hər biri kurs ərzində keçiriliən bütün mövzuları proqram üzərində əyani olaraq tətbiq edir.

7. Bəli, fərdi olaraq da Primavera P6 kursunu tədris edirik. Ətraflı məlumat üçün zəhmət olmasa 050 257 15 36 nömrəsi ilə əlaqə saxlayın.
  • Avtobuslar
  • Metro stansiyası
    Nəriman Nərimanov
  • Əlaqə telefonu
    +994 50 428 88 58