Kateqoriyalar

Təhsil müəssisəsinin adı

Beynəlxalq Təlim və Layihə Mərkəzi /International Traning and Project Center
Zeng et Whatsapp-dan yaz
Dünyanın aparıcı universitetlərindən sayılan Oxford, Harvard və Cambridge Universitetlərinin davamlı təhsil mərkəzlərinin (Continuing Education Center) təcrübələrindən yararlanaraq təsis edilmişdir. Mərkəzimizdə ən son tələblərə cavab verən təhlükəsizlik sistemləri, yanğına qarşı detektorlar, təhlükəsizlik kameraları, mühafizə sistemi və iştirakçıların rahatlığı üçün açıq bufet, yeməkxana və kompüter laboratoriyaları mövcuddur. Məqsədimiz ölkəmiz adına faydalı işlər görərək dövlətimiz və millətimizin adını daima yüksəklərə ucaltmaqdır. MƏRKƏZİN QURULMASI MƏQSƏDİ 1.Müəssisə və təşkilatlar üçün təlimlər və məsləhət xidmətləri təşkil etmək. 2.Müəssisələrdə Marketinq, Maliyyə, İnsan Resursları və sair sistemlərinin qurulmasını təmin etmək. 3.İstehsal ilə məşğul olan müəssisələrə istehsal prosesində yaranmış çətinliklərdən çıxış yollarını tapmaqda yardımçı olmaq. 4.Yerli və xarici şirkətlərlə birgə layihələr həyata keçirmək. 5.Dünyada öndə gedən ”Top Universitetlər” ilə əməkdaşlıq etmək. 6.Beynəlxalq imtahanlara (TOEFL, IELTS, GRE, GMAT, SAT, ECDL və.s) yüksək səviyyədə hazırlıq kursları təşkil etmək. 7.Beynəlxalq imtahanların rəsmi imtahan mərkəzinə çevrilmək (Hal hazırda mərkəzimiz ECDL və IELTS rəsmi imtahanlarını keçirmək hüququ qazanmışdır). 8.Kompüter sahəsində ən yeni proqramları tədris etmək. 9.Silsilə şəklində hər ay peşəkar seminarlar həyata keçirmək. ÜSTÜNLÜKLƏR Azərbaycan Respublikası Auditorlar Palatası ilə mərkəzimiz arasında rəsmi müqavilə imzalanmışdır. Mərkəzimiz British Petrolium, British Council, Unibank, Asiya İnkişaf Bankı, AccessBank, Azərbaycan Texnologiya Universiteti və digər müəssisələr ilə əməkdaşlıq etməkdədir. Hal-hazırda Beynəlxalq Təlim və Layihə Mərkəzi IELTS imtahanının qeydiyyat mərkəzi olaraq British Council ilə əməkdaşlıq edən yeganə təşkilatdır. Valencia Kolleci, Brussels Capital və Burch Universitetlərinin ölkəmiz üzrə nümayəndəlikləri Beynəlxalq Təlim və Layihə Mərkəzinə verilmişdir. Mərkəzimizdə iştirakçıların qeydiyyatlarının rəsmi şəkildə aparılması və iştirakçılara (kiçik yaşda olan iştirakçıların valideynlərinə) mütəmadi olaraq məlumatların göndərilməsi (imtahan nəticələri, davamiyyət vəziyyəti və.s) üçün CRM (tələbə məlumat sistemi) sistemi də mövcuddur. Sizlər də layihələrinizin uğurla başa çatmasından, müəssisələrinizin təlim və konsultasiya xidmətlərinin səmərəliliyindən, övladlarınızın təhsilindən tam əmin olmaq istəyirsinizsə, Beynəlxalq Təlim və Layihə Mərkəzinin peşəkar komandasına etibar edə bilərsiniz.

4 Kurs programı mövcuddur

  • Avtobuslar
  • Əlaqə telefonu
    +994708417873 +994125643757